Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daimi stress gözləri zəiflədir, korluq yaradır – Bioloqlar

Daimi stress gözləri zəiflədir, korluq yaradır – Bioloqlar

Tarix: 21 Yanvar 2023 21:06

Bioloqlar stresin gözlərə dəhşətli təsirini açıqlayıb.

"Medicina" xəbər verir ki, Kaliforniya universitetinin alimləri stresin görmə toruna təsir etdiyini, göz damarlarını daraltığını və qlaukomaya, korluğa səbəb olduğunu sübut edib.

Qlaukoma - görmə sinirini zədələyən ağır xəstəlikdir. O göziçi təzyiqin daim yüksək olmasından qaynaqlanır.
Alimlər siçanlar üzərində təcrübədə gənc görmə torunda aksonların itkisi əlamətləri aşkar etməyib.

Lakin yaşlı və stresə məruz qalmış siçanlarda qlaukoma aşkarlanıb.
Stress bəzi genlərdə dəyişiklik yaradır, bu da görmə sinirini zədələyir.

Onların sayına görə gələcəkdə qlaukomanı daha erkən diaqnoz etmək mümkün olacaq.

Bu genlərin aktivliyinə təsir etməklə, görmənin qocaldıqca itməsinin qarşısını da almaq olar.
Hazırda qlakomanı təsdiq etmək üçün gözdaxili təzyiq 3-5 sutka mütəmadi yoxlanmalıdır.

Qlaukomanın tam müalicəsi yoxdur.

Milli.Az


Etiketlər:  Daimi stress gözləri zəiflədir korluq yaradır Bioloqlar


RƏYLƏR