Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Etirazların 42-ci günü - Laçın-Xankəndi yolunda SON VƏZİYYƏT - FOTO

Etirazların 42-ci günü - Laçın-Xankəndi yolunda SON VƏZİYYƏT - FOTO

Tarix: 22 Yanvar 2023 08:57

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 42 gündür ki, davam edir.

Milli.Az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Eko fəallar günə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az


Etiketlər:  Etirazların 42 ci günü Laçın Xankəndi yolunda SON VƏZİYYƏT FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ