Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal neft hasilatı rekord həddə yüksələcək - PROQNOZ

Qlobal neft hasilatı rekord həddə yüksələcək - PROQNOZ

Tarix: 22 Yanvar 2023 13:22

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal ortalama gündəlik neft hasilatı ilə bağlı 2023-cü il üzrə proqnozlarını artırıb.

Bu barədə Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə hasilatın rekord həddə - 101,1 mln. barelə yüksələcəyi gözlənilir.

Bundan əlavə, Agentlik 2022-ci il üçün qlobal gündəlik neft hasilatını 100,1 mln. barel səviyyəsində qiymətləndirib.

Dekabrda IEA 2022-ci ilin sonuna qədər qlobal gündəlik neft hasilatının 100 mln. barel səviyyəsində olacağını, 2023-cü ildə isə 100,8 mln. barelə qədər artacağını proqnozlaşdırırdı.

"2022-ci illə müqayisədə cüzi artıma baxmayaraq, 2023-cü ildəki artım ümumi neft hasilatını yenə də rekord həddə - gündə 101,1 mln. barelə çatdıracaq", - hesabatda qeyd olunur.


Etiketlər:  Qlobal neft hasilatı rekord həddə yüksələcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ