Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəlin “əhvalım pozuldu” dedi: Bəy toyu tərk etdi - FOTO

Gəlin “əhvalım pozuldu” dedi: Bəy toyu tərk etdi - FOTO

Tarix: 23 Yanvar 2023 11:40

Mersində toyqabağı fotosessiyaya gedən bəylə gəlinin maşını qəzaya uğrayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qəzadan sonra bəy Mirhat Ekmen qolu sarğı ilə toya qatılıb, psixologiyası pozulan gəlin Lara Katiukha isə mərasimə qatılamayıb.

Mersində iş adamı Cüneyt Ekmenin inşaat mühəndisi oğlu Mirhat Ekmen şəhərdə hüquqşünas olan ukraynalı Lara Katiukha ilə evlənmək qərarına gəlib. Toy hazırlıqlarını başa vuran bəylə gəlin srağagün səhər saatlarında fotosessiyaya çəkilib.

Ekmenin avtomobili hərəkətdə olarkən döngədən keçəndə yol kənarındakı məftil baryerlərə çırpılıb. Qəza nəticəsində xəsarət alan Ekmen və Katiukha təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ekmen və Katiukha müayinə olunduqdan sonra evə buraxılıblar.

Mirhat Ekmenin qolu sarğılı ikən, depressiyaya düşdüyü bildirilən gəlin Katiukha axşam saatlarında şəhərdəki bir oteldə baş tutan toyda iştirak edə bilməyib. Ekmen qonaqları qapıda qarşılayıb. Müğənni Ceylanın səhnəyə çıxdığı toyda cütlüyün yaxınları əyləncəli vaxt keçirib.

Milli.Az


Etiketlər:  Gəlin əhvalım pozuldu dedi Bəy toyu tərk etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ