Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rozasea xəstəliyi nədir? - 100-dən 3-ü bundan əziyyət çəkir

Rozasea xəstəliyi nədir? - 100-dən 3-ü bundan əziyyət çəkir

Tarix: 24 Yanvar 2023 06:06

Soyuq havalarda insanlar daha çox rozasea xəstəliyinə yoluxurlar.

İmmunitet.az xəbər verir ki,bu barədə türkiyəli mütəxəssis Hülya Sağlam danışıb.

Rozasea dəri xəstəliyidir. Üz nahiyyəsində yaranır. Dermatoloq Hülya Sağlamın sözlərinə görə, stress, soyuq havalar bu xəstəlik riskini artırır. Buna yoluxan insanlar isə ömür boyu özlərinə diqqətlə yanaşmalıdırlar. Çünki üzdə yaranan qızarıqlıq təəssüf ki, tamamilə getmir:

"Ən çox narahat verici əlamətləri üzdə qızarıqlıq, yanma hissi, batma duyğusu, damar ağrısı, sızanağa bənzər səpkilərdir.

Mədə xəstəlikləri, təzyiq üzdə yaranan parazitlərin inkişafı üçün şərait yaradır və infeksiyaya çevrilməsinə səbəb olur.

30-60 yaş arası qadınlarda görünür. Dünyada 100 nəfərdən 3-ü bu xəstəlikdən şikayət edir".

Həkim, açıq rəngli insanların daha çox yoluxa biləcəyini bildirib. Bəzən qızarıqlıqla birlikdə qaşınma da baş verə bilər.

Müalicəsi isə vəziyyətə uyğun olaraq lazer şüalanma və müalicə preparatları ilə aparılır.

Belə xəstələrin aşağıdakılara diqqət etməsi vacibdir:

İsti içkilər və qidalardan uzaq durmalıdırlar

Spirtli içki və kafeindən istifadə etməməlidirlər

Dərini mütəmadi olaraq nəmləndirin


Etiketlər:  Rozasea xəstəliyi nədir dən bundan əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ