Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 19:00
Bakı. Trend:
"Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm".
Bunu, Trend-ə Mingəçevirdən olan gənc idmançımız Yasəmən Nəsirova deyib.
Y.Nəsirova qızıl medalı qazandığı üçün şad və xoşbəxt olduğunu bildirib:
"Bu yarışlarda yüksək nəticələr göstərmək üçün çox məşq etdim. Regionlararası kubokunda birinci yer qazanmaq ciddi hazırlığın nəticəsidir".
2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəkətlərdə) bədii gimnastika üzrə 6-cı regionlararası kubokunda birinci yeri tutdu.
Gənc gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir.
Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.
Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.
Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin