Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” - VİDEO

“Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” - VİDEO

Tarix: 25 Yanvar 2023 17:50

Aparıcı Rövşanə Ağasəfqızının klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə söhbəti diqqət çəkib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ikili qonaq olduğu "Səhərin səsi" verilişində tamaşaçıların incəsənət nümayəndələrinin sənəti ilə deyil, şəxsi həyatları maraqlandığını bildiriblər.

Hüseyn sözügedən məsələdən narazılığını bildirsə də Rövşanə qarşı tərəflə razılaşmayıb.

Ağasəfqızı "Tamaşaçıya məşhurların şəxsi həyatı daha maraqlıdır, nəinki sənətləri. Hüseynin klarnet ifaçılığı qalır kənarda. Deyirik ki, şəhər mədəniyyəti formalaşsın... Əvvəllər belə bir şey yox idi, evi, avtomobili.... Əvvəllər məşhurlar bunları deyil, sənət nümayiş edirdilər. Ona görə urbanizasiya qaydaları pozulur. Şəhər mədəniyyəti silkələnib. Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar" söyləyərək mövzuya nöqtə qoyub.

Milli.Az


Etiketlər:  Hüseynin klarneti qalıb bir tərəfdə vannasından danışırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ