Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkər xəstələri dərmansız qalıb - Qurumlar isə susur

Şəkər xəstələri dərmansız qalıb - Qurumlar isə  susur

Tarix: 26 Yanvar 2023 22:36

Xətai rayonu ərazisində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.

Bu barədə şikayətlə Bakupost.az -a müraciət edən vətəndaşlar bildirib ki, yanvar ayının bitməsinə 1 həftə qalsa da bu ay üzrə verilməli olan dərmanlarını hələ də ala bilməyiblər:

"Hər ay bu xəstəxanadan çox çətinliklə dərmanlarımızı alırıq. Get-gələ salırlar, "dərman yoxdur" deyirlər. İndi də yanvar ayı üzrə dərmanımızı ala bilmirik, artıq ay da qutarır. Nə "Amaril 4" var, nə də əvəzedicisi olan Mepril 4 (Glimepiride). Yanvarın 5-6-ı almalı idik, dedilər ayın 10-dan sonra gəlin, sonra dedilər 15-dən sonra olacaq. Amma hələ də verilmir. Bu gün də gedənlərə deyiblər o dərmanlar hələ yoxdu. Səbəb də demirlər, hamımız şəkəri yüksək olan xəstələrik, belə əsəb keçirəndə daha da yüksəlir. Olmaz axı. Bir də görürsən, deyirlər, dərman az sayda gəlmişdi, tez gələn xəstələrə çatdı. Biz başa düşmürük ki, bu dərmanlar qeydiyyat sayına uyğun gəlirsə, hara yoxa çıxır?".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edin.

TƏBİB isə sorğunu cavabsız qoyub.

Milli.Az


Etiketlər:  Şəkər xəstələri dərmansız qalıb Qurumlar isə susur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ