Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İrandan Azərbaycan səfirliyinə hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik''

''İrandan Azərbaycan səfirliyinə hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik''

Tarix: 27 Yanvar 2023 16:21

"İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının nəticələrindən çox narazıdır".

Bunu britaniyalı politoloq Neil Vatson APA-nın London müxbirinə açıqlamasında deyib.

O, Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi və daha iki mühafizəçinin yaralanması xəbərindən dərin kədər duyduğunu ifadə edib.

"İran mediası "Kalaşnikov"lu qatilin bu hücumu törətməsinin şəxsi məsələlərdən qaynaqlandığını iddia etsə də, hücumun baş vermə zamanı çox şübhəlidir və təbii olaraq insan bunun İran dövlətinin törətdiyi terror aktı olduğu qənaətinə gəlir", - siyasi şərhçi bildirib.

Neil Vatson qeyd edib ki, İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının nəticələrindən çox narazıdır, öz ölkəsində daxili qarışıqlıqlar hökm sürür və uzun müddətdir hüquqları tapdalanan güney azərbaycanlılara daha böyük muxtariyyət verilə biləcəyini görür. O vurğulayıb ki, İran Azərbaycan-Türkiyə ittifaqını və Azərbaycanın İsraillə münasibətlərini pozmaq istəyir.

"Biz heç vaxt İran hakimiyyəti tərəfindən bu hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik və bunun təsirləri çox böyükdür", - deyə o əlavə edib.


Etiketlər:  İrandan Azərbaycan səfirliyinə hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ