Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaraşıqlı kişilərinin siyahısı tərtib olundu - FOTO

Dünyanın ən yaraşıqlı kişilərinin siyahısı tərtib olundu - FOTO

Tarix: 28 Yanvar 2023 02:45

Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Londonda Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri doktor Culian De Silva 34 yaşlı aktyorun üzünü "qızıl qayda" ilə əlaqələndirib. Məlum olub ki, "The Bridgertons" serialının ulduzunun üz nisbətləri 93,65 faizlə ideala yaxındır.

"Klassik yaraşıqlı üzü və qəşəng qəhvəyi gözləri sayəsində Rege qalib gəlib. O, ən yüksək balı gözləri ilə mükəmməl formalı dodaqları arasındakı məsafəyə görə alıb. Aşağı bal aldığı yeganə səbəb isə burnunun eni və uzunluğu olub", - deyə Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri bildirib.

Doktor De Silvanın fikrincə, dünyanın ən yaraşıqlı kişiləri siyahısında Rege ilə yanaşı, avstraliyalı aktyor Kris Hemsvort, amerikalı aktyor Maykl Bi Cordan və britaniyalı musiqiçi Harri Stayls da var.


Etiketlər:  Dünyanın yaraşıqlı kişilərinin siyahısı tərtib olundu FOTO


RƏYLƏR