Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu avtomobillərin sürücülərinə eyni anda cərimə protokolları gəldi - VİDEO

Bu avtomobillərin sürücülərinə eyni anda cərimə protokolları gəldi - VİDEO

Tarix: 31 Yanvar 2023 18:30

Bakıda 8 yük avtomobilinin sürücüsü eyni anda cərimə olunub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidə qeydə alınıb.

Nəqliyyat vasitələrini dairənin yaxınlığında park edən sürücülər qanunsuz yerə cərimə olunduqlarını iddia edirlər. İllərdir avtomobillərini sözügedən ərazidə saxlayan sürcülər əvvələr belə halla üzləşmədiklərini deyirlər. Onların sözlərinə görə, son günlər onlara protokollar tərtib edilir.

Yük avtomobillərinin sahibləri yolda digər nəqliyyat vasitələrinin hərkətinə mane olmadıqlarını iddia edirlər.

Məsələyə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, sürücülər parkalnma qaydalarını pozduqlarına görə cərimə olunublar.

Araz Əsgərli əlavə edib ki, avtomobillər yalnız yol nişanlarında göstərilən qaydalara uyğun saxlanıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bu avtomobillərin sürücülərinə eyni anda cərimə protokolları gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ