Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda sünnət olunan qadınlar danışdı: "Qorxulu deyil"

Azərbaycanda sünnət olunan qadınlar danışdı:

Tarix: 31 Yanvar 2023 20:46

Afrikada və Yaxın Şərq ölkələrində qadınların sünnət olunduğunu bilirdik. Lakin Azərbaycanda da bu adət var.

Məsələn, Zaqatalanın bəzi kəndlərində qadınlar bu günədək sünnət olunurlar. Rayonun Danaçı və Makov kəndlərində yaşayan qadınlar da bunu təsdiqləyiblər.

Məsələ ilə bağlı Baku TV-yə danışan qadınlardan biri qeyd edib ki, bu adət avarlarda əvvəldən var. Onun qızı da, nəvəsi də sünnət olunublar.

"Müsəlmanlığa görə uşaqlar sünnət olunmalıdır. Bir damcı qan çıxarırlar. Qorxulu deyil. Heç bir fəsadı olmur", - deyə kənd sakini bildirib.

Milli.Az


Etiketlər:  Azərbaycanda sünnət olunan qadınlar danışdı Qorxulu deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ