Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dar çanaq

Dar çanaq

Tarix: 2 Fevral 2023 08:03

Normal ölçülərindən 1-3 sm və ya daha çox az olan çanaq dar çanaq adlanır. Dar çanağın olması doğuş zamanı bəzi patoloji vəziyyətlərin baş verməsinə səbəb olur.
Qadınlarda dar çanaq olduqda doğuş zamanı dölün başı çanaqda irəlilədikcə dayanır. Çanağın dar olması funksional cəhətdən normal doğuşun baş verməsinə mane olur. Bu ən çox da dölün başının böyük olduğu hallarda rast gəlininir. Bu səbəbdən də əksər hallarda dar çanaq zamanı keysər kəsiyinə müraciət edilir.
Anatomik dar çanağa 6-7% qadınlarda rast gəlinir. Dar çanaq zamanı doğum zamanı fəsadlarla rastlaşmamaq üçün hamiləlik müddətində qadın məsləhətxanasında çanağın ölçüləri hesablanır və  qeyd edilir.
Mamalıqda dar çanağın aşağıdakı formaları qeyd edilir:
* köndələn daralmış
* adi yastılı
* düz raxitik
* ümumi bərabər şəkildə yayılmış.
* çəp daralmış.
Çanağın dar olması onun anadangəlmə anatomik quruluşu ilə əlaqədar olur. Bəzi hallarda isə raxit, polimielit və çanaq sümüklərinin inkişafına mənfi təsir edən xəstəliklərin keşirilməsi çanağın inkişafının ləngiməsinə səbəb olur. Onurğanın bəzi xəstəlikləri də dar çanağın olmasına şərait yaradan amillərdəndir.
Dar çanağın aşağıdakı vəziyyətlərində Keysər əməliyyatı göstəriş sayılır:
* III və IV dərəcəli daralması olan çanaq
* kiçik çanaqda dölün keçməsinə mane olan sümük şişləri
* çanağın deformasiyaları
* müxtəlif çanaq zədələnmələri.

Milli.Az


Etiketlər:  Dar çanaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ