Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 08:12
Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və proteinlərdən təşkil olunmuş maddələrin çikməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyə 20-40 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində irsi faktor və peşə zərərlərinin təsi olduğu güman edilir. Xəstəliyin mahiyyəti alveollarda zülalların hiperproduksiyası və yığılmasından ibarətdir ki, burada da kalsium fosfat və karbonatın mikrokristalları toplanaraq ventilyasiya sistemini pozur.Bu da intersistal fibroz və tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik aşağıdakı patologiyalara səbəb olur:
- ağciyər toxumasının, xüsusən aşağı payıarın sıxılması artır
- alveollarda və bronxiollarda kalsiumkarbonat, mis, natrium, kalium, sink, maqnezium mikroelementlərinin 1-3 mm diametrli mikrokonkrementləri aşkar edilir
- xəstəlik proqressivləşdikcə mikroelementlər artır
- mikrolitlər yerləşən zonada makrofaqlar qalır.
Xəstəlıik uzun müddət narahatçılıq vermədən keçir. Lakin əlamətlər artdıqda xəstələrdə aşağıdakı şikayətlər baş qaldırır:
- tez yorulma
- təngnəfəslik
- ümumi zəiflik
- ürəkdöyünmə
- döş qəfəsində ağrı.