Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ Gürcüstanı sanksiyalarla hədələyib

Aİ Gürcüstanı sanksiyalarla hədələyib

Tarix: 5 Fevral 2023 21:12

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Peter Stano deyib ki, Gürcüstan Rusiyaya münasibətdə Avropa İttifaqının aviaəlaqələrlə bağlı tətbiq etdiyi sanksiyalara riayət etməlidir.

Peter Stano bildirib ki, Avropa İttifaqının sanksiya rejimi anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə görə sanksiyaları da nəzərdə tutur: "Avropa İttifaqı Gürcüstan və Rusiya arasında birbaşa aviaəlaqələrin mümkün bərpası barədə aparılan müzakirələrdən xəbərdardır".

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.

Milli.Az


Etiketlər:  Gürcüstanı sanksiyalarla hədələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ