Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Tehran müharibəsi ola bilərmi?

Bakı-Tehran müharibəsi ola bilərmi?

Tarix: 7 Fevral 2023 08:24

Birincisi, 27 yanvar terror aktının nəticələri nə qədər sarsıdıcı olsa da, nəzərə almaq lazımdır ki, əvvəllər də Azərbaycanla İran arasında münasibətlər asan olmayıb. Bu münasibətlər sistemli problemlərlə doludur. Bakıda müxtəlif səviyyələrdə istər İrandakı azərbaycanlıların, istərsə də İranın ölkə daxilindəki dini təsiri (Azərbaycan dünyəvi dövlətdir - red.) problemi dəfələrlə qaldırılıb. Öz növbəsində Tehran qonşu ölkə ilə İsrail arasında əməkdaşlığın güclənməsindən narazılığını bildirib. Azərbaycanla Türkiyə arasında strateji əlaqənin güclənməsi də İranda narahatlıq yaradıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markedonov İranla Azərbaycan arasında müharibə ehtimalını şərh edərkən deyib.

"İkincisi, Qafqazda köhnə status-kvonu aradan qaldıran İkinci Qarabağ müharibəsi Tehranı bu istiqamətə diqqəti artırmağa məcbur etdi. İran 2020-ci ilə qədər Qafqaz regionu ilə "qalıq prinsipi" əsasında məşğul olaraq Yaxın Şərqə diqqət yetirirdi. Tehranın İrəvanla əlaqə qurmaq cəhdləri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbənin bütün bəhrələrini almasına əngəl kimi qiymətləndirilir.

Lakin iki qonşu dövlətin baxışları nə qədər fərqli olsa da, onları bir şey birləşdirir. Həm Tehran, həm də Bakı qəti şəkildə üçüncü ölkələrin maraqları naminə heç kimlə vuruşmaq istəmir. Bu arada İran və Azərbaycanın həm ortaq iqtisadi maraqları, həm də hərbi-siyasi eskalasiyanın onlara necə zərbə vuracağı anlayışı var", - Markedonov bildirib.

Milli.Az


Etiketlər:  Bakı Tehran müharibəsi ola bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ