Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 23:03
B qrup vitaminləri içərisində çoxlarını əzbər bilirsiz, reseptlərinizdə də yazılıb. Amma B 11 vitamini barədə çox az eşitmişik.
B 11 vitamini - L karnitin B qrup vitaminlərinə yaxın, qohum maddədir. Adətən insan orqanizmində bütün fəaliyyəti boyu lazım olan qədər sintez olunur.
O, trombositlərin yaranmasında, qanın laxtalanma prosesində vacibdir.
Medicina.az xəbər verir ki, haqqında az danışılan B11 sinir toxuması, sinir sistemi strukturunu bərpa edir, zülal, yağ, piy mübadiləsini tənzimləyir, qələvi mühiti bərpa edir, toxum sintezini artırır, sonsuzluqda lazımlıdır, spermanın keyfiyyətini yaxşılaşdırır, azospermiyada vacib vitamindir.
Hansı hallarda bu vitamin təyin oluna bilər?
- Psixogen anoreksiya
- nevrasteniya
- Xroniki qastrit
- Ümumi əzələ, piy əriməsi, zəifləmə
- Xroniki pankreatit
Bu vitamin çatışmadıqda sindrom Reye, miopatiya, əzələ distrofiyası, ürək-damar, beyin insultu, ensefelopatiya, asfiksiya halları baş verir.
L karnitin Q10-küenzimlə birlikdə qəbul edilsə yaxşıdır. B11 həmçinin orqanizmi təmizləyir.
Böyük insanın gündəlik B 11 tələbatı 500-600 mq-dır.
Ürək əzələsinin qocalmaması və zəifləməməsi üçün L -karnitin orta yaşlı insanlara çox vacibdir.