Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 08:16
Fevralın 13-də Albaniyanın paytaxtı Tiranada eks-prezident və keçmiş baş nazir Sali Berişanın tərəfdarları kütləvi etiraz aksiyaları keçirilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bazar ertəsi yüzlərlə etirazçı Albaniya parlamentinin qarşısına toplaşıb, nümayişçilər binaya soxulmağa cəhd ediblər. İğtişaşları yatırmaq üçün mindən çox asayiş keşikçisi cəlb olunub. Nümayişçilərlə polis arasında toqquşma olub. Ölən və yaralananlar barədə məlumat verilmir. Aksiyalar zamanı 3 nəfər saxlanılıb.