Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 08:42
Kanada hakimiyyəti həmvətənlərini dərhal Belarus ərazisini tərk etməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, hazırda ölkənin Polşadakı səfirliyinin Belarusda konsulluq xidmətləri göstərmək imkanları çox məhduddur.
Sənəddə deyilir: "Kanadalılar yerli qanunların seçmə tətbiqi və Rusiya ilə Ukrayna arasında silahlı münaqişə riski səbəbindən Belarusa səyahət etməkdən çəkinməlidirlər".
Bütün kanadalılar Belarusu kommersiya nəqliyyatı ilə tərk etməlidirlər.