Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 07:54
Suçiçəyi - intoksikasiya, qısa qızdırma dövrü və ləkəli suluqlu səpgilərlə özünü göstərən, xoşxassəli virus infeksiyasıdır.
Suçiçəyi inkubasiya dövrün 10-cu günündən axırıncı səpgilərin 5-ci gününə qədər xəstələrdən, bəzən də kəmərləyici dəmrovu olan xəstələrdən keçir. Yoluxma hava-damcı yolu ilə, eləcə də ana bətnində baş verir. Uşaqlar bu virusa daha həssas olurlar.
Etiologiyası:
Suçiçəyi virusları kəmərləyici herpesin törəmələrilə eyni olub, III tip herpes virusudur.
Patogenezi:
Yumşaq damağın və udlağın selikli qişalarından daxil olan virus əvvəlcə yoluxma yerinə yaxın limfa vəzilərində, qısamüddətli birincili virusemiyadan sonra uzaq düyünlərdə replikasiya olunur. 10-20 günlük çoxalma dövrü keçən virus 2-cili virusemiya verərərək qan və bütün orqanlara və beyinə yayılır. Dərinin selikli qişalarında və epitelidə toplanır. Ilk növbədə epidermisin səthi, tikanlı qatını vakoullaşdırır və diskompleksləşdirir. Tədricən epidermis hüceyrələri distrofiyaya uğrayaraq tam məhv olur. Epidermisin nekrozu və toxumarası mayenin toplanması nəticəsində suluqlar əmələ gəlir. Xəstəliyin ağır formalarında iri suluqlar əmələ gəlir. Bəzi selikli qişlarda - udlaqda, konyuktivada eroziya və xoralar yaradır. Yaşı böyük uşaqlarda və yaşlılarda ensefalit də yarana bilir, sinir toxumasında ödem, qansızma, distrofiya və nekroz aşkar edilir.
Klinikası:
Inkubasiya dövrü 10-21 gün, orta hesabla 14 gün çəkir. Əksər hallarda xəstəlik səpgi ilə başlayır. Eyni zamanda bundan bir qədər əvvəl yaxud sonra bədən temperaturunun yüksəlməsi də müşahidə olunur. Səpgilər ensiz, qırmızı haşiyə ilə əhatə olunur. Suluq bir boşluqdan ibarət olduqundan onu deşdikdə tamamilə boşalır. Suluqlar 1-3 gün ərzində quruyur, yastı qabarıqlığa çevrilir. Səpmə müxtəlif zamanlarda baş verdiyindən səpgilərin sağalma vaxtı da müxtəlif olur. Hər yeni səpmə zamanı qızdlrma 38-39 dərəcə C-ə çatır.
Diaqnozu:
Diaqnoz qoymaq çətinlik törətmir. Xəstəlik adətən uşaqlar arasında qış-yaz aylarında daha geniş yayılır.
Laborator diaqnoz üçün morfoloji, seroloji və virusoloji metodlardan istifadə olunur.