Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev səmasında altı hava şarı vuruldu - FOTO

Kiyev səmasında altı hava şarı vuruldu - FOTO

Tarix: 16 Fevral 2023 09:50

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar.

Bu barədə şəhər hərbi administrasiyasının "Telegram" kanalında dərc olunan məlumatda deyilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub.

"Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub", - administrasiyadan bildiriblər.

Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı daşıya biləcəyini iddia ediblər.

Şarların əksəriyyətinin vurulduğu bildirilir. Zondların qalıqlarının diqqətlə öyrənilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Kiyev səmasında altı hava şarı vuruldu FOTO


RƏYLƏR