Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 11:46
Bir neçə gün əvvəl dövlət başçısına dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşarın "Mədəniyyət" telekanalında yayımlanan "Kinokitab" verilişi bağlanıb.
Sonxeber.net-ın əldə etdiyi məlumata görə, aktyor şirkətdə işindən kənarlaşdırılmayıb, hazırda da ştatdadır. Bu barədə özü məlumat yayıb. O, bunun məhz 14 fevral - Milli Televiziya və Radio Günündə baş verdiyini bildirib.
Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC-nin mətbuat xidmətindən bildirilmişdi ki, "Mədəniyyət" kanalının "Kinokitab" verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı.
Xatırladaq ki, K. Yaşar videomüraciətində dublyajda mərkəzləşmənin olmamağından gileylənmiş, maliyyəni azaltmaq üçün bir filmin məcburən cəmi bir neçə aktyor tərəfindən səsləndirildiyini bildirmişdi.