Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəmalə Ağazadə: “Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil” - VİDEO

Kəmalə Ağazadə: “Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil” - VİDEO

Tarix: 16 Fevral 2023 18:25

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "TikTok" sosial şəbəkə hesabında açdığı canlı yayımına qoşulan Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə iki gün əvvəl həbs olunan prodüser Təranə Səmədovanın qız övladları Suel ilə Adelin səhhətindən danışıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  hazırda sığınacağa yerləşdirilən Səmədovanın yeddi aylıq körpənin sağlamlıq vəziyyətinin pis olduğunu dilə gətirib:
"7 aylıq körpəni necə təsəvvür etmək olar? O, hazırda heç üç aylıq körpə boyda deyil. Hiss olunur ki, uşaq düzgün qidalanmayıb. Bu gün bunu pediatrlar da dedi. Sabah artıq qan testlərinə başlanılacaq.

Düşünürəm ki, həkimlər körpə ilə bağlı müalicə yazacaqlar. Çünki 7 aylıq körpənin əmgəki böyük ölçüdədir. 7 ayında əmgək yığılmalı idi. Bu, həm də onun gözlərindən hiss olunur. Sabah qan analizlərindən sonra hansı müalicələrin başlanacağı bilinəcək".

K.Ağazadə Təranənin 13 yaşlı qızı Suelin gördüklərindən psixoloji travma aldığını bildirib:

"Böyük qızı Suelə gəlincə isə... Onun daha çox psixoloji travmalarının aradan qaldırılması üçün çox zaman lazım olacaq. Suel artıq 13 yaşında deyil. O 30 yaşlı qadın kimi düşünür. Yeddi aylıq körpə isə ağlamır".

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.

Milli.Az


Etiketlər:  Kəmalə Ağazadə Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ