Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəbər yalandır - XİN

Bu xəbər yalandır - XİN

Tarix: 17 Fevral 2023 19:12

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərib.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları üçün giriş vizasının rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyi, vətəndaşlarımıza ölkəyə giriş qadağaları qoyulduğu barədə xəbərlərə münasibət bildirərkən deyib.

"Daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir.

Birləşmiş Ərəb Əmirlikləri tərəfi viza rəsmiləşdirilməsini ölkə qanunvericiliyinin tələblərinə əsasən davam etdirir və viza rəsmiləşdirilməsinə imtinanın yalnız bəzi fərdi əsaslarda baş verməsi hallarının istisna edilmədiyi məlumdur".


Etiketlər:  xəbər yalandır XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ