Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 10:40
Mozambikdə Müqəddəs Üçlük (Santa Trinidad) Evangelist Kilsəsinin qurucusu, 39 yaşlı pastor Fransisko Baraja vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, ağır vəziyyətdə aparıldığı Mozambikin paytaxtı Beyra şəhərindəki xəstəxanada dünyasını dəyişib.
Baraja İsa Məsihin 40 günlük orucunu təkrarlamağa çalışıb, lakin 25 gün yeməksiz və susuz qaldıqdan sonra qohumlarının və ardıcıllarının təkidi ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada ona kəskin anemiya və orqan çatışmazlığı diaqnozu qoyulub.