Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filmdəki toy səhnələri real imiş - VİDEO

Filmdəki toy səhnələri real imiş - VİDEO

Tarix: 18 Fevral 2023 10:52

Bir neçə gün əvvəl təqdim olunan "Evdə qalmış" filmi ilə bağlı maraqlı fakt üzə çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işində rol alan Şəhriyar Əbilov "Xəzər xəbər"ə filmdəki toy səhnələrinin real olduğunu bildirib.

"Valeh (filmin quurluşcu rejissoru Valeh Əhmədov - red.) dedi ki, canlı toyu çəkməyə gedirik. Kinoda real toyu lentə almaq çətindir", - deyə, Şəhriyar vurğulayıb.

Bundan əlavə qeyd olunub ki, "Bəyin oğurlanması" filmindəki kimi komanda olaraq bəyi "oğurlayıb", şərt qoyublar. Onlar toy sahibləri məclisdən görüntülərin ekran işində yer almasına icazə verəslər, bəyi qaytaracaqlarını bildiriblər. Həmçinin ekran işi çəkilməzdən əvvəl imzalı boşqabı da gəlin sındırıb.

Qeyd edək ki, layihədə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.

Milli.Az


Etiketlər:  Filmdəki toy səhnələri real imiş VİDEO


RƏYLƏR