Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda güclü zəlzələ olacaq - Şok xəbərdarlıq edildi

İranda güclü zəlzələ olacaq - Şok xəbərdarlıq edildi

Tarix: 18 Fevral 2023 19:56

Türkiyənin 10 vilayətini əhatə edən, 40 minə yaxın insan itkisinə səbəb olan zəlzələ dünyada ciddi narahatlıq yaradıb. Söhbət daha çox böyük şəhərlərdən gedir.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, həmin şəhərlərdən biri də zəlzələlərin tez-tez baş verdiyi İranın paytaxtı Tehrandır.

Şəhər Şurasının sədri Mehdi Şamran fevralın 6-da baş verən zəlzələlərdən sonra deyib ki, Tehranda baş verən zəlzələ əsrin fəlakəti olacaq.

Tehran meri Əli Rza Zəkani bildirib ki, şəhərdəki qeyri-sabit binaların siyahısını dərc etsələr, heç kim burada qalmaq istəməyəcək: "Həqiqəti bilsələr, qaçarlar".

Alimlər uzun illərdir ki, Tehranda 7 baldan yuxarı zəlzələnin olacağı barədə xəbərdarlıq ediblər. Əhalisinin sayı 16 milyon olan şəhərdə 6 ayrı böyük qırılma xətti var. 2020-ci il hesabatına görə, Tehran zəlzələ riski yüksək olan meqapolislər arasında birinci yerdədir.

Mümkün zəlzələnin əhali sıxlığı və planlaşdırılmamış urbanizasiya səbəbindən şəhərdə böyük insan itkisinə səbəb olacağı narahatlığı var.

Mütəxəssislərin fikrincə, Tehran təxminən hər 150 ildən bir Rixter cədvəli üzrə ən azı 7 bal gücündə zəlzələ ilə sarsılır və sonuncu böyük zəlzələ 190 il əvvəl olub.


Etiketlər:  İranda güclü zəlzələ olacaq Şok xəbərdarlıq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ