Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarnında belə piylənməsi olanlarda gələcəkdə sirroz yarana bilər

Qarnında belə piylənməsi olanlarda gələcəkdə sirroz yarana bilər

Tarix: 18 Fevral 2023 21:06

Qarın hissədə çox piy toplanması, xüsusən daxili iç piylənmə 50 yaşdan sonra təhlükəli vəziyyətə gətirib çıxara bilər.

"Medicina" xəbər verir ki, alman həkimi Mattias Ridl bu barədə danışıb.

"Biz həddən artıq çox yeyir və az hərəkət edirik. Bu səbəbdən qarında iç daxili piylənmə artır.
Piy orda sakitcə durmur və bu sadəcə estetik problem deyil.

Piy hüceyrələri mesencer maddəsi ifraz edir, onlar qan dövranına düşür, bütün orqanizmi gəzir.
Qarın boşluğu piyi ürək-damar, ağciyərlər üçün təhlükədir.

Visserial piy, yəni qarın içində daxili orqanları bürüyən piy, yağ xüsusi zülal hasil edir, onlar orqanizmin tromb dağıtma mexanizmini dağıdır.

Nəticədə qan qatılaşır, tromblar damarları tutur.

Orqanizm, beyin, ürək lazımi qədər oksigen ala bilmir. Ürək əzələsi ölür, ən pis halda infarktla nəticələnir.
Amma piy təkcə ürək yox, qaraciyəri də sıradan çıxarır.

Böyüyən piyli qarın diabet riskini 10 dəfə artırır.

Hüceyrələr yağla dolanda, toxuma hormonu olan adinopoektin defisiti yaşanır. Zamanla bu insulin dirəncinə, 40 yaşdan sonra isə diabetə səbəb olur.

Visserial piy qaraciyəri də bürüyür, əgər bu orqanın 3-də bir hissəsi piylidirsə, sirroz riski artır".

Milli.Az


Etiketlər:  Qarnında belə piylənməsi olanlarda gələcəkdə sirroz yarana bilər


RƏYLƏR