Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 03:36
Əfsanəvi moda jurnalisti, dəb ikonu, "Vogue" jurnalının keçmiş kreativ direktoru mərhum Andre Leon Tellinin kolleksiyası "Christie's" tərəfindən hərraca çıxarılıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər veirr ki, kolleksiya ümumilikdə 3,55 milyon dollara satılıb. Gəlir Tellinin sağlığında tez-tez getdiyi Baptist kilsəsinə bağışlanıb.
Kolleksiyaya "Tom Ford"dan kimono, "Prada"dan timsah palto, "Christian Dior"dan palto, "Vivienne Westwood"dan yağışa qarşı atlaz geyim də olmaqla nadir brend parçalar daxil edilib. Bundan əlavə, hərraca rəssam Endi Uorholun əsərləri (məsələn, əfsanəvi moda redaktoru Diana Vreelandın portreti) və fotoşəkillər, o cümlədən Enni Leyboviç tərəfindən çəkilən "Vogue"nın baş redaktoru Anna Vintur ilə arxiv fotosu çıxarılıb.
Qeyd edək ki, Andre 70-ci illərdə "Women's Wear Daily" jurnalında moda üzrə redaktor kimi işləyib. O, karyerası ərzində "Telli Interview", "Vanity Fair", "House & Garden", "New-York Times" və "Vogue" kimi məşhur nəşrlərdə çalışıb. O, ötən ilin yanvarında 73 yaşında vəfat edib.