Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar Türkiyə Silahlı Qüvvələri ilə bağlı iddialara cavab verdi

Hulusi Akar Türkiyə Silahlı Qüvvələri ilə bağlı iddialara cavab verdi

Tarix: 20 Fevral 2023 10:48

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar ölkənin Silahlı Qüvvələri ilə bağlı yayılan iddialara cavab verib.

Milli.Az-ın "Report"a istinadən məlumatına görə, o, bu barədə zəlzələ bölgəsindəki bölüklərin komandirləri ilə keçirdiyi videokonfransda danışıb.

H.Akar Milli Müdafiə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin fəlakətin baş verdiyi ilk andan etibarən səfərbər olduğunu və xalqın yanında olduğunu söyləyib.

Nazir bildirib ki, həqiqətə uyğun olmayan iddialar xoş niyyətli deyil: "Türkiyə Silahlı Qüvvələri vətəndaşlara kömək etmək üçün bütün lazımi səyləri göstərir. Mehmetcik terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələsində olduğu kimi, zəlzələ ilə bağlı da ilk gündən etibarən zəruri olan bütün addımları atır. Bu işlərlə yanaşı terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə bağlı tədbirlərimiz də eyni qətiyyətlə davam edir".

H.Akar həmçinin vurğulayıb ki, ABŞ daxil olmaqla 6 ölkənin hava nəqliyyatı Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına verilib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Zəlzələ nəticəsində 41 min 20 nəfər ölüb.

Milli.Az


Etiketlər:  Hulusi Akar Türkiyə Silahlı Qüvvələri ilə bağlı iddialara cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ