Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2023 07:30
Rusiya ordusu Ukraynanın şərqində böyük hücuma başlayandan bəri heç bir irəliləyiş əldə etməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
O qeyd edib ki, Rusiyanın böyük hücumu "sönməkdədir":
"Böyük hücum onların planlaşdırdıqları kimi, 8-10 gün davam edir. Onların heç bir uğuru yoxdur".
Danilov söyləyib ki, hazırda düşmən beş istiqamətdə irəliləyir. Lakin Ukrayna qoşunları ölkəni cəsarətlə müdafiə edirlər.