Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 14:34
"RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) Türkiyədə yayımlanan bir çox kanalı cəzalandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sözügedən kanallar Halk TV, TELE1, FOX TV-dir. Qurum zəlzələdən sonra yaranan vəziyyətlə bağlı çatışmazlıqları işıqlandıran və tənqid edən kanalları qərəzli şərhlər səbəbindən cərimələyib.
Halk TV və TELE1 5 faiz cərimələnib və 5 dəfə yayımı dayandırılıb. Fox TV-də efirə gedən "Orta sayfa" proqramına isə "sərbəst şəkildə fikir formalaşmasına mane olduqları" əsas götürülərək 3 faiz cərimə kəsilib. Ümumilikdə Halk TV-yə 3 ayrı cərimə yazılıb.
Qərarın ardından sözügedən kanalların rəhbərləri sosial media hesablarında cərimələri pisləyib.