Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 14:56
Sərnişin qatarlarının ölkədaxili hərəkəti artıq üç ildir ki, məhdudlaşdırılıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildriri ki, hazırda sadəcə Bakı-Gəncə-Bakı reysi işləkdir.
Vətəndaşlar rayonlara sərnişin qatarlarının olmamasından şikayətçidirlər.
Onlar qatarla yol getməyin daha təhlükəsiz və rahat olduğunu düşünürlər. Bu səbəbdən də reyslərin tez bir zamanda bərpa olunmasını istəyirlər.
Mövzuya münasibət bildirən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkədaxili qatarların işləməməsi sərnişinlər üçün həm də maddi baxımdan problem yaradır.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirildi ki, hazırda ölkədə dəmiryol nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri aparılır. Bir sıra istiqamətlərdə sabit cərəyandan, dəyişən cərəyan sisteminə keçid üzrə işlər görülür, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar təmir edilir. Kompleks tədbirlər planı tamamlandıqca ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.