Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qız qalası” qısametrajlı filminin təqdimatı keçirildi - VİDEO - FOTO

“Qız qalası” qısametrajlı filminin təqdimatı keçirildi - VİDEO - FOTO

Tarix: 28 Fevral 2023 16:54

Fevralın 27-si Gənclik Mall-da yerləşən Cinema plus kinoteatrında, qısametrajlı "Qız Qalası" filmi media nümayəndələrinə və gecəyə qatılan qonaqlara təqdim olundu.

Öncədən məlumat verdiyimiz kimi,  müstəqil "Qız qalası" filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib. Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.

Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - "öz adamına" rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.

"Qız Qalası" filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o "öz adamına" rast gəlib.

Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da "öz adamı" ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq...

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.
 
Qeyd edək ki, film tam olaraq geniş auditoriyaya, televiziya və onlayn platformalarda yaxın günlərdə təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Qız qalası qısametrajlı filminin təqdimatı keçirildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ