Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 09:40
Türkiyənin Malatya şəhərində dünən günorta saatlarında 5,6 bal gücündə, bu gün səhər saatlarında isə 4,1 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, professor Naci Görürün bununla bağlı açıqlaması diqqət çəkib:
"Malatyanın Yeşilyurt bölgəsində 5,5 bal gücündə zəlzələ olub. Zəlzələ Malatya qırılma xəttinə paralel xətt üzərindədir. Bu qırılma xətti xəritədə çəkilməyən yeni bir qırılma xətti ola bilər".
Professorun sözlərinə görə, bu, dəqiq bu bölgəni yükləyən əvvəlki 7,6 bal gücündə zəlzələnin nəticəsidir.