Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavidan Novruzov: "Əlvida amansız, murdar fevral" - FOTO

Cavidan Novruzov:

Tarix: 1 Mart 2023 10:20

"Əlvida amansız, murdar fevral. Doğum günüm fevralda idi. Elə doğum günümü də sonuncu dəfə qeyd etdim və bitdi mənim üçün ad günləri qeyd etmək".  

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruzov paylaşdığı postda yazıb.  

Ötən həftələrdə atası Xalq artisti Ramiz Novruzovu itirən sənətçi fevralda ad günü olsa da, bu ayda pis xatirələrin yaddaşına yazıldığını bildirib:  

"Fevral, sən məndən doğum günümü aldın. Atamın sevmədiyi ay idin. Nə oldusa, hamısını bir ayın içində etdin. İndi mənə bir ayın içində daha sevinc yox, ən böyük kədəri verdin. Bir şeyi həmişə biləcəyəm ki, doğum günümdə bir həftə sonra atamı itirdim.  

Gün olacaq ona görə də sayəndə doğum günümdən də hər zaman məhrum olacağam. Sevmədiyim aysan təqvimdə".  

Qeyd edək ki, C.Novruzovun atası Ramiz Novruzov uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı ozəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.  

Milli.Az


Etiketlər:  Cavidan Novruzov Əlvida amansız murdar fevral FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ