Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 11:24
Fevralın 27-də Ukrayna Müdafiə Nazirliyi bir gecədə atılan İran istehsalı olan "Şahed" 14 pilotsuz uçuş aparatından 11-ni vurduğunu bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
"Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko deyib ki, onlardan 9-u Kiyev hava məkanı yaxınlığında vurulub. Ukraynanın şimalındakı Çernqov vilayətində daha üç "Şahed" PUA-nın vurulduğu qeyd olunub", - məlumatda deyilir.
Kəşfiyyat Xidməti bildirib ki, bu hücumdan əvvəl təxminən fevralın 15-dən bəri Ukraynada PUA-ların istifadə olunduğuna dair heç bir məlumat verilməyib: "PUA ilə hücum tempində bu azalma, çox güman ki, Rusiyanın hazırkı ehtiyatını tükəndiyini göstərir: Rusiya çox güman ki, PUA-ların yeni tədarükünə çalışacaq. Hücum vektoruna əsasən, bu hücum zamanı "Şahed" PUA-larının Rusiyanın Bryansk vilayətindən buraxılması ehtimalı yüksəkdir. 2022-ci il dekabrın ortalarından bəri müşahidə edilən buraxılış sahəsi Krasnodar bölgəsindən, Azov dənizinin digər tərəfindən olub. Bu yeni buraxılış istiqaməti ruslara Kiyevə daha yaxın olan fərqli hücum oxu verəcək.
Bu, çox güman ki, Ukrayna üzərində havada uçuş vaxtını azaldacaq və Ukraynanın hava hücumundan müdafiəsini daha tez yarmaq məqsədi daşıyır".