Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Tarix: 1 Mart 2023 16:15

Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.


Etiketlər:  Azərbaycan XİN Yunanıstana başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ