Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 12:55
"Beynimdə küsə bilərəm, amma qəlbimdə küsməmişəm. Zeynəb Həsənidən, dostumdan küsmüşəm. Aramızda anlaşılmamazlıq, söz-söhbət oldu".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nəfəs qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi keçmiş duet ortağı Zeynəb Həsəni ilə dostluq bağlarının qırıldığını açıqlayıb.
"Vəfa xanım verilişlərin birində qonaq olduğu zaman bir cümlə işlətdi ki, Nəfəs Zeynəbə "Leyli" mahnısı ilə dəstək olub. Amma onun bu sözü qalmaqala səbəb oldu. Vəfadan yox, Zeynəbdən ona görə küsmüşəm ki, məni anlamadan, dinləmədən, sözləri ilə qəlbimə dəydi. Qəlbimi qıran sözlər söylədi. Bu sənətdə Zeynəb Həsəni illərdir var, amma mən yeniyəm. Onun səsi və sənəti haqda heç bir söz demərəm. Dostluq edəndə qadında olsam, mərdcəsinə dostluq edirəm.
Dostluğum bir kəlimə ilə bitə bilməz", - deyə Nəfəs vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Zeynəb Həsəni qonaq olduğu "7 canlı" axşam şousunda həmkarı Vəfa Şərifovanı Nəfəslə duet oxuduğuna görə, "ağ yuyub, qara sərib". Buna səbəb isə Vəfanın Nəfəsə "Zeynəblə duet oxuyacaqsansa, mənimlə oxuma" sözləri olub.