Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hər şeyim var, bircə yarım yoxdur''

''Hər şeyim var, bircə yarım yoxdur''

Tarix: 4 Mart 2023 19:00

"Nə qədər rahat olsaq da, yarımız yoxdur. İnsan həyata cüt gəlib. Cütlük önəmlidir, bir-birinə motivasiya verir. Adəmlə Həvva bu dünyaya qovulublar və illər sonra qovuşublar. Onların tamamlanmasından bu cəmiyyət yaranıbsa, cütlük tamamlanmalıdır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Xəbər-ətər" verilişində deyib. Şəxsi həyatından danışan Şəhriyar tənhalıqdan gileylənib:

"Ayaqdayam, səhnədəyəm, hər şey əladır. Qadınların diqqətində olan bir insanam. Amma o yoxdur, yarım yoxdur. İnsan yanında ona motivasiya verən birinin olmasını istəyir. Hər kəsin yarı var. İnsan üçün heç nə kifayət deyil. Bir zirvəyə çatanda doyursan və başqa şey istəyirsən".

Qeyd edək ki, Şəhriyar aktrisa Oksana Rəsulova ilə ailəli olub. Cütlük ötən il ayrılıb. Onların osman adlı övladı var.


Etiketlər:  Hər şeyim bircə yarım yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ