Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlarda eşitmə problemi nədən yaranır?

Uşaqlarda eşitmə problemi nədən yaranır?

Tarix: 5 Mart 2023 04:45

Maraqlıdır, son dövrlərdə daha da artan uşaqlarda eşitmə probleminin yaranma səbəbi nədir?

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa danışıb.

Onun sözlərinə görə, uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər:

"Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir. Adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər.

Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır. Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabliyyətinin pozulmasına səbəb olur.Aadenoid adlanan udlaq badamcığı burunudlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır".

Milli.Az


Etiketlər:  Uşaqlarda eşitmə problemi nədən yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ