Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Başına 2 milyon mükafat qoyulan terrorçu özünü partlatdı

Başına 2 milyon mükafat qoyulan terrorçu özünü partlatdı

Tarix: 5 Mart 2023 20:44

MİT və Jandarma qüvvələrinin Tuncelinin çöl bölgələrində həyata keçirdiyi kəşfiyyat əməliyyatında gizləndiyi evdən qaça bilməyəcəyini anlayan terrorçu əl qumbarası ilə intihar edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,yaxalanan terrorçunun Osman Manak olduğu müəyyən edilib.

Terrorçu Tunceli çölündə çoxsaylı təxribatlarda iştirak etdiyi üçün üç ildir axtarışda idi.

3 ildir Tunceli çölündə yolları bağlayan, mina və əldəqayırma partlayıcılarla təhlükəsizlik qüvvələrini tələyə salan, polis məntəqələrinə təcavüz edən və hücum edən terrorçu Osman Manak nazirliyin ən çox axtarılan terrorçular siyahısında idi. Hətta onun başına 2 milyon lirə pul mükafatı da qoyulmuşdu.

Milli.Az


Etiketlər:  Başına 2 milyon mükafat qoyulan terrorçu özünü partlatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ