Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 08:12
Həkim immunnoloq Lyudmila Qopnçarova müsahibəsində bildirib ki, pəhrizə saxlamaq çox mənfi nəticələrə gətirib çıxarır.
Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, qadın orqanizmində reproduktiv funksiyaya nəzarət hormonlara məxsusdur. Bədən ehtiyac duyduğu vitaminlərin və mineralların əksəriyyəti məhv olduqda, hormonal fon əziyyət çəkir.
Ciddi pəhrizlə daha tez arıqlamaq sağlamlığa zərər verir. Bu zaman dəri öz elastikliyini itirir, menestural pozğunluqlar yaranır və sonsuzluq riski çoxalır.
Həftələrlə aclıq hormonalların balansını dəyişir. Nəticədə siz piylənməyə qarşı mübarizədə əksinə, daha çox piylənəcəksiniz.
"Həyacan siqnalı o zaman çalınmalıdır ki, siz sərt pəhriz zamanı menstrual pozğunluq aşkar edirsiniz. Aybaşı vaxtı - vaxtında olmur. Bəzən heç olmaya bilər. Bu, yağ toxumasının incəlməsinin birbaşa nəticəsidir. Problem həll olunmazsa, gələcəkdə konsepsiya ilə bağlı problemlər yarana bilər.
Ona görə pəhriz zamanı sağlamlıq önəm daşıyır" - deyə həkim bildirdi.