Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Martın maqnit qasırğaları: Görün nə qədər təhlükəlidir?

Martın maqnit qasırğaları: Görün nə qədər təhlükəlidir?

Tarix: 6 Mart 2023 23:12

Maqnit qasırğaları təkcə insanlara deyil, həm də texniki qurğulara və şəbəkəyə təsir göstərir. 

MilliAz Lent.az-a istinadla xəbər verir ki, alimlər həmçinin Günəşin aktiv olduğu günlərdə heyvanların da özlərini pis hiss edə bildiyini iddia edirlər.

Yaxın zamanda günəş aktivliyinin artması ilə bağlı təhlükəli dövr gələcək. Ən güclü olacağı günlərdən birinin də martın 15-i proqnozlaşdırılır. Həmin gün maqnit qasırğası gözlənilir ki, bu da heyvanlara və texnikaya ciddi təsir göstərə bilər.

Bildirilir ki, martın 15-də Günəşdə aktivlik orta gücdə olacaq, lakin belə təsir belə mənfi nəticələrə səbəb ola bilər. Maqnit qasırğası Yerin geomaqnit sahəsində bir neçə saat və ya gün ərzində dəyişməsi ilə müşayiət olunan prosesdir. Heyvanların davranışını dəyişdirə və texnikanın işində nasazlıqlara səbəb ola bilər.

Martın 15-də orta güclü maqnit qasırğası gözlənilir, onun K indeksi 4 bal təşkil edəcək. Bu, meteohəssas insanlara təsir edə və ola bilsin, texnikanın nasazlığına səbəb ola bilər. Hesab olunur ki, şəbəkə yox olar, internetin işində fasilələr yarana bilər.
 
Həmin gün diqqətli olun və meteoroloji proqnozlara əməl edin. Ən pisi heyvanlar üçün olacaq, çünki pişiklər və itlər, quşlar və hətta balıqlar maqnit qasırğalarının təsirini hiss edə bilirlər. Bu baxımdan heyvanlarda yuxu rejimi kimi bioloji proseslər pozula bilər.

Milli.Az


Etiketlər:  Martın maqnit qasırğaları Görün qədər təhlükəlidir


RƏYLƏR