Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 12:56
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin iyulun 27-dən ilk dəfə olaraq 450 ABŞ dollarından aşağı enib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 9 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 447,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (461,9 dollar) ilə müqayisədə 3,2% azdır.