Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir ölkədə koronavirus məhdudiyyətləri ləğv edildi

Daha bir ölkədə koronavirus məhdudiyyətləri ləğv edildi

Tarix: 10 Mart 2023 08:20

Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması istisna olmaqla, koronavirusun yayılmasının qarşısını almaq üçün bütün məhdudiyyətləri və ehtiyat tədbirlərini ləğv edib.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir.

"Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib", - sənəddə deyilir.

Milli.Az


Etiketlər:  Daha bir ölkədə koronavirus məhdudiyyətləri ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ