Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da qruplarla bağlı YENİLİK

“WhatsApp”da qruplarla bağlı YENİLİK

Tarix: 10 Mart 2023 22:00

"Meta" şirkəti "WhatsApp"da qruplarla bağlı yeni funksiyasını təqdim edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq istifadəçilər qruplar üçün bir növ son istifadə tarixi təyin edə biləcək. 

"Müddəti bitən qruplar" adlı bu funksiya istifadə olunmayan qrupların müddəti bitdikdə istifadəçinin oradan çıxarılmasını təmin eəcək. 

Hazırda yeni funksiya iOS və beta versiyasında sınaqdan keçirilir.

Qeyd edək ki, həmin qrupların bitmə vaxtını istifadəçi özü təyin edəcək. İstifadəçiyə qrupun bağlanma müddəti kimi bir həftə, bir gün və ya fərdi tarix seçmə imkanı veriləcək. Müddət bitdikdən sonra isə istifadəçi avtomatik olaraq qrupdan çıxarılacaq. Amma digər qrup üzvləri qrupda qalmağa davam edəcək. 

Milli.Az


Etiketlər:  WhatsAppda qruplarla bağlı YENİLİK


RƏYLƏR