Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nərgiz Cəlilova AzTV-dən getdi

Nərgiz Cəlilova AzTV-dən getdi

Tarix: 14 Mart 2023 12:20

Bu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilovanın yeni proqramla efirə çıxacağı barədə informasiya vermişdik. "Sözəbaxan" adlı veriliş Azərbaycan Televiziyasında ekrana gələcəkdi.

Milli.Az xəbər verir ki, olay-ın əldə etdiyi məlumata görə, son anda baş verən dəyişikliklə televiziya ulduzu AzTV-dəki işindən gedib. Proqramın sonrakı taleyi barədə isə hələ ki bir məlumat yoxdur. Cəlilovanın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqları səbəb olub.

Hətta N.Cəlilova dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətini də sonlandırıb.

Milli.Az


Etiketlər:  Nərgiz Cəlilova AzTV dən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ