Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2026-cı il futbol üzrə dünya çempionatında 48 komanda iştirak edəcək

2026-cı il futbol üzrə dünya çempionatında 48 komanda iştirak edəcək

Tarix: 14 Mart 2023 22:16

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Çempionatda 48 komanda iştirak edəcək.

Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq.

Komandalar 12 qrupa bölünəcək.

Qrup mərhələsindən sonra 1/16 finala birinci, ikinci yerlər və qrupda üçüncülüyü qazanmış səkkiz ən yaxşı komanda çıxacaq.Ümumilikdə turnir 104 qarşılaşmadan ibarət olacaq.

Turnir 56 gün davam edəcək.

Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.

2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə FİFA 2026-cı il dünya çempionatında ilk dəfə 48 komandanın iştirak edəcəyini açıqlamışdı.

Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.

Turnir 64 görüşdən ibarət idi.

Milli.Az


Etiketlər:  2026 il futbol üzrə dünya çempionatında 48 komanda iştirak edəcək


RƏYLƏR