Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək - FOTO

“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək - FOTO

Tarix: 18 Mart 2023 08:12

Eşitmə qabiliyyətini itirmiş insanlar "Apple" qulaqlıqlarından eşitmə cihazı kimi istifadə edə biləcəklər.

Bu barədə "Bloomberg" nəşri məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün "AirPods" seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir.

Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün olan cihazların tələblərinə uyğun olaraq  yenilənməsi planlaşdırılır. "Apple" mühəndislərinin "AirPodlar"ı faktiki olaraq eşitmə cihazına çevirəcəkləri qeyd edilir.

Mark Qurman vurğulayıb ki, şirkət növbəti bir və ya iki il ərzində qulaqlıqlarına yeni funksiyalar əlavə edəcək. Materialda bildirilir ki, "AirPod"larda eşitmə cihazı kimi istifadə edilməsinə qismən imkan verən seçimlər var.

Bununla belə müəllif qeyd edib ki, şirkətin cihazları ABŞ Qida Məhsulları və Dərman Preparatlarına nəzarət üzrə Sanitariya Müfəttişliyi (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb.

Milli.Az


Etiketlər:  Apple qulaqlıqları eşitmə cihazına çevriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ